Prezident İlham Əliyev Si Cinpinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib.

Leqal.info-nun məlumatına görə, başsağlığıda deyilir:

"Hörmətli cənab Sədr,

Çinin cənubunda “China Eastern Airlines” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".скачать dle 10.6фильмы бесплатно
21-03-2022, 20:53
Baxıs: 44 355
Reyting: