Bələdiyyələrin qanunsuz satdığı torpaqlardan 9 096 hektarı geri qaytarılıb

Bələdiyyələrin fəaliyyəti ilə bağlı inzibati tədbirlər nəticəsində ümumilikdə 9 323 hektar (ha) torpaq sahəsinin qanunsuz ayrılması barədə bələdiyyə aktlarının ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.

Leqal.info-nun xəbərinə görə, bu, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini tapıb.

Sənəddə qeyd edilib ki, nəticədə 290 hektar torpaq sahəsinin mülkiyyətə və 8 806 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.

Bütövlükdə isə 9 096 hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. 227 hektar torpaq sahəsi ilə bağlı mübahisələr isə məhkəmələrin icraatındadır.скачать dle 10.6фильмы бесплатно
16-02-2022, 17:00
Baxıs: 30 074
Reyting: