allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Xudayar Rəhimov Heydər Əliyev Fondunu aldadıb » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Xudayar Rəhimov Heydər Əliyev Fondunu aldadıb

Xudayar Rəhimov Heydər Əliyev Fondunu aldadıb
Dekabrın 7-də hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasında əməliyyat keçirərək icra başçısı Namiq Zeynalovu rüşvət alarkən cinayət başında həbs etməsi oxucularımıza məlumdur. Əməliyyat zamanı Cəlilabad rayonunun bir sıra vəzifəli şəxsləri saxlanıldı. Namiq Zeynalovun “day-dayılıq” etdiy məmurlardan biri də 46 saylı Cəlilabad Yol Istismar İdarəsinin rəisi Xudayar Rəhimov uzun illərdir dövlət vəsaitini mənimsəyir. X.Rəhimovun qanunsuz əməlləri barədə mətbuatda çeşidli məlumatlar mütamadi olaraq dərc edilib.
Bu günlərdə Masallı rayonu Göyəçöl kəndinin sakini Ramil Şükürov “Aktualxeber.az” saytının redaksiyasına göndərdiyi şikayət ərizəsində X.Rəhimovun qanunsuz əməlləri barədə yeni faktlardan bəhs edib. Belə ki, X. Rəhimov qardaşı Niyaz Abıyevin adına qeydiyyatdan keçirdiyi “Elnur 2”, həmçinin “Birlik 3A” adlı firmalarla yolların çəkilişi, həmçinin məktəb, uşaq bağçaları və tibb məntəqələri üçün dövlət büdcəsindən ayrılan külli-miqdarda pulu mənimsəyib.
2018-ci ildə Heydər Əliyev Fondunun vəsaiti hesabına Masallı rayonu Göyəçöl kəndində orta məktəb tikilib. X.Rəhimov kənd sakinlərindən 100 min manat pul alaraq həmin məktəbə yol çəkilməsini həyata keçirib. Əslində həmin yolun çəkilişinin də vəsaitini Heydər Əliyev Fondu ödəyib. X.Rəhimov kənd camaatını aldadaraq onların külli miqdarda pulunu mənimsəyiib. Yolun çəkilişindən Azərbaycan Avtomobil Yolların Dövlət Agentliyinin də xəbəri olmayıb. X.Rəhimov dövlətin balansında olan texnikanı qeyri-qanuni olaraq öz şəxsi qazancı üçün istifadə edib. Məsələdən xəbər tutan Masallı rayon Göyəçöl kəndi sakinləri pullarını tələb edərək X.Rəhimovun qanunsuz əməlləri barədə yuxarı instansiyalara şikayət edib onun cəzalandırılmasını tələb edirlər.
Xatırladaq ki, Xudayar Rəhimov mənimsədyi pullara özünə “oliqarx” həyatı yaradıb. Yol idarəsi rəisinin 10 AD 044 nömrə nişanlı “Range Rover” markalı avtomobili, 10 TB 444 nömrəli “Mercedes CL”, 10 BT 444 nömrə nişanlı “Porche Caen”, 90 AA 160 “Lexus” markalı maşın kolleksiyası var.
Bundan başqa X.Rəhimovun Masallı İstisu istirahət mərkəzi ərazisində malikanəsi, asfalt zavodu, Bakıda bağ evləri, mənzilləri var.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov bütün bunlardan güya xəbəri yoxmuş kimi özünü aparır.
Qarşı tərəfi də dinləməyə hazırıq.
15:08
Baxıs: 5840
Reyting: