Hikmət Mirzəyev xüsusi təyinatlılardan danışıb: “Tapşırıqları uğurla yerinə yetirdilər”

“Təlimdə iştirakçılar yüksək bacarıq nümayiş etdirərək tapşırıqları uğurla yerinə yetirdilər. Əminəm ki, təlimlər zamanı bacarıqlarınızın artırılması ilə yanaşı, peşəkar həyatınız üçün çox faydalı olan fikir və təcrübə mübadiləsi imkanı əldə etdiniz".

Leqal.info-nun xəbərinə görə, bunu Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təliminin bağlanışına həsr olunan təntənəli mərasimdə çıxışı zamanı deyib.

"Birgə təlimlər xalqlarımız arasındakı dostluğun, ölkələrimiz arasında sıx əməkdaşlığın bir nümunəsidir. Təlim döyüş sahəsində üç qardaş ölkənin hərbçilərinin bir yerdə olması, çiyin-çiyinə tapşırıq yerinə yetirməsi hər birimizi qürurlandırdı”, - o vurğulayıb.скачать dle 10.6фильмы бесплатно
21-09-2021, 11:19
Baxıs: 20 671
Reyting: