Cəlilabad RMX yenidən koronavirus xəstəxanasına çevrilib

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası yeni növ koronavirus infeksiyasına yoluxanların sayının artması ilə əlaqədar karantin xəstəxanasına çevrilib.

“Report”un Muğan bürosunun məlumatına görə, müvafiq tapşırığa əsasən, tibb müəssisəsi yenidən COVID-19-a yoluxan şəxsləri qəbul edəcək.

Artıq xəstəxanada uyğunlaşma prosesi başa çatmaq üzrədir. Xəstəxanada fəaliyyət göstərən müvafiq şöbələr ətrafdakı tibb ocaqlarına köçürülüb.

Qeyd edək ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanası bundan öncə bir neçə dəfə də koronavirus xəstələrinə xidmət göstərib.скачать dle 10.6фильмы бесплатно
31-08-2021, 12:17
Baxıs: 20 289
Reyting: