“Moskva Bakı və İrəvanla əlaqələrini davam etdirir”

Bu gün Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Ermənistanla Azərbaycan sərhədi boyu rusiyalı sərhədçilərin yerləşdirilməsi ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına təklif irəli sürüb.

Leqal.info xəbər verir ki, Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov Paşinyanın təklifi ilə bağlı jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, Rusiya üçtərəfli bəyanatların tam icrasını təmin etmək məqsədilə Bakı və İrəvanla əlaqələrini davam etdirir.

Peskovdan Rusiyanın Paşinyanın təklifini yerinə yetirib-yetirməyəcəyini soruşduqda o, əlavə edəcək heç bir sözünün olmadığını bildirib.

Qeyd edək ki, N. Paşinyan bu ideyasını rusiyalı həmkarları ilə müzakirə etmək niyyətində olduğunu deyib.скачать dle 10.6фильмы бесплатно
29-07-2021, 19:02
Baxıs: 40 945
Reyting: