Avropa Şurasının prezidenti Azərbaycana gələcək

Avropa Şurası prezidenti Şarl Mişel bu həftə Azərbaycana səfər edəcək.

Leqal.info qurumun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Ş.Mişel iyulun 16-da İrəvana yola düşəcək. O, iyulun 17-də İrəvanda, iyulun 18-də isə Bakıda ölkənin rəhbərləri ilə görüşlər keçirəcək.

Səfər zamanı Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsinə dair müzakirələr aparılacaq.

İyulun 19-da isə AŞ rəhbəri Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına dair 17-ci dəfə keçirilən Batumi Beynəlxalq Konfransına da qatılacaq.скачать dle 10.6фильмы бесплатно
16-07-2021, 15:00
Baxıs: 34 680
Reyting: