TƏBİB: Uşaqlara vaksin vurulması məsələsi müzakirə edilir

"Hazırda ölkədə qəbul olunmuş strategiyaya uyğun olaraq yalnız 18 yaş üzəri vətəndaşlara vaksin vurulması tövsiyə edilir".

Leqal.info xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

Həkim-infeksionist bildirib ki, hazırda mütəxəssislər uşaqlara vaksinin vurulması üçün müzakirə aparır: “Müsbət qərar olarsa, bu barədə ictimaiyyətə açıqlama veriləcək”.скачать dle 10.6фильмы бесплатно
25-06-2021, 17:00
Baxıs: 37 428
Reyting: