Metroda Xudayarın ifasının əks olunduğu səs yazısı haqda

Sosial şəbəkədə Bakı Metropoliteninin hələ istifadəyə verilməyən “8 Noyabr” stansiyasında Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin ifasında “Vətən yaxşıdır”ın əks olunduğu səs yazısı yayılıb. Qeyd olunur ki, yeni stansiyaya girişdə bu musiqidən istifadə olunacaq.

Leqal.info məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxlayıb. O, yayılan səs yazısının montaj olduğunu bildirib:

“Əziz şəhidimizin səsi və “8 Noyabr” stansiyasının elan edilməsi ilə bağlı yayılmış videoməlumat həqiqəti əks etdirmir. Yəni reallıqda belə bir şey yoxdur, montajdır”.скачать dle 10.6фильмы бесплатно
18-05-2021, 13:37
Baxıs: 39 517
Reyting: