Bu gün 43 min dozdan çox vaksin vurulub

Bu gün Azərbaycanda 43 min 698 doz vaksin vurulub.

Leqal.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələ peyvənd olunanların sayı 33 min 40 təşkil edib, ikinci mərhələdə isə bu rəqəm 10 min 658 olub.

Ümumilikdə, indiyədək ölkədə 1 milyon 69 min 488 doz vaksin vurulub. Bunlardan 672 min 503-ü birinci mərhələ, 396 min 985-i isə ikinci mərhələ vaksinasiyadır.скачать dle 10.6фильмы бесплатно
8-04-2021, 21:08
Baxıs: 34 458
Reyting: