Döyüş meydanından qaçan erməni komandir həbs olundu

İkinci Qarabağ müharibəsi zamanı qondarma “Dağlıq Qarabağ Müdafiə Ordusu”nun batalyon komandirlərindən birinin döyüş meydanından qaçdığı, nəticədə çox sayda erməni hərbçinin öldüyü, əsir götürüldüyü və yaralandığı müəyyən olunub.



Leqal.info xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Faktla bağlı cinayət işinin başlanıldığı bildirilib. Cinayət işinin materiallarına görə, komandir İ.Vaqanyan döyüş əməliyyatları zamanı öz vəzifələrini yerinə yetirməyib, rəhbərliyin əmrlərinə tabe olmaqdan imtina edib, döyüş meydanını icazəsiz tərk edib və nəticədə taborun şəxsi heyəti itki verib.

Əldə edilən dəlillərə əsasən, Vaqanyan ittiham edilərək həbs olunub. İlkin istintaq davam edir.скачать dle 10.6фильмы бесплатно
18-03-2021, 17:06
Baxıs: 50 679
Reyting: