Bakıda 16 və 17 yaşlı qızlar birgə intihar etdi

Bakıda iki yeniyetmə qız intihar edib.

Leqal.info-nun verdiyi xəbərə görə, təxminən bir neçə saat əvvəl Qaradağ rayonu Lökbatan qəsəbəsində 16 yaşlı Quliyeva Mətanət Elşən qızı və onun rəfiqəsi, adı hələlik məlum olmayan 17 yaşlı qız birgə intihar ediblər. Onlar 9 mərtəbəli binanın damından özlərini atıblar.

M.Quliyevanın anası ilə birgə Qobu qəsəbəsində yaşadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно
9-03-2021, 17:30
Baxıs: 22 797
Reyting: