Bakıdakı “Cafe Anderson” brendin yaradıcısının ermənipərəst mövqeyinə görə adını dəyişir

Bakıda fəaliyyət göstərən “Cafe Anderson” kafesi bu şəbəkənin yaradıcısı Anastasiya Tatulovanın Azərbaycan – Ermənistan münaqişəsi haqqında şəxsi fikirlərini əsas gətirərək sözügedən brendin adından istifadə etməkdən imtina etdiyini bildirib.

Bununla bağlı “İnstagram” hesabından paylaşım edilib.

Kafenin Bakıdakı şöbəsinin rəhbərliyi qərar verib ki, bu brendlə bütün əlaqələri və əməkdaşlığı tamamilə dayandırsınlar və onların franşizasından imtina etsinlər.

O da vurğulanıb ki, tezliklə kafenin adı dəyişdiriləcək.

Qeyd edək ki, Anastasiya Tatulova bu münaqişədə həm fikirləri, həm də pulu ilə Ermənistanın tərəfində olduğunu bildirib.скачать dle 10.6фильмы бесплатно
19-10-2020, 20:00
Baxıs: 22 190
Reyting: