Seninem.Az > Aktual / Manşet Yuxarı > Dövlət Komitəsi: "Tərbiyəçilər hər il tibbi-psixoloji müayinədən keçməlidirlər"

Dövlət Komitəsi: "Tərbiyəçilər hər il tibbi-psixoloji müayinədən keçməlidirlər"


Tarix: 14-01-2022, 12:38. Müəllif: admin
"Uşağa qarşı istənilən mühitdə istənilən şəxs tərəfindən zorakılıq tətbiq edilməsi yol verilməzdir".

Leqal.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova İsmayıllı şəhər 1 saylı uşağ bağçasında azyaşlının tərbiyəçi tərəfindən döyülməsinə münasibət bildirərkən deyib.

"Azyaşlılara qarşı belə zorakılıq halları ilə biz əvvəlki illərdə də rastlaşmışıq. Məktəbəqədər təhsil müəssisəsinin tərbiyəçisinin bu hərəkəti yolverilməzdir.

Qanunvericilikdə belə hallarla bağlı məsuliyyət nəzərdə tutulub. Komitə olaraq biz bəyan edirik ki, belə hal yol verilməzdir.

Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçilər hər il tibbi-psixoloji müayinədən keçməlidirlər", - o bildirib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt