Qazaxıstan Prezidenti: “Qanunları pozanlara qarşı sərt olacağam”

“Dövlət başçısı və bu gündən etibarən Təhlükəsizlik Şurasının sədri olaraq qanunları pozanlara qarşı maksimal şəkildə sərt olacağam”.

Leqal.info xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində söyləyib.

“Bu, dövlətimizin təhlükəsizliyi məsələsidir. Əminəm ki, xalq məni dəstəkləyəcək. Xalqın yanında olmaq mənim konstitusion borcumdur. Qazaxıstan tarixindəki bu qara zolağı birlikdə aşacağıq. Gəlin bu məsələdən güclü çıxaq”, - o bildirib.

Dövlət başçısı hüquq-mühafizə orqanları əməkdaşları arasında itkilərin də olduğunu açıqlayıb.

“Yaxın zamanda Qazaxıstanın siyasi transformasiyası ilə bağlı təklif paketi ilə çıxış edəcəyəm”, - Prezident vurğulayıb.скачать dle 10.6фильмы бесплатно
5-01-2022, 19:38
Baxıs: 38 637
Reyting: