Zəngilanda zəlzələ oldu

Yanvarın 16-da Ordubad stansiyasından 49 kilometr şimal-şərqdə Zəngilan ərazisində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Leqal.info"ya bildirilib ki, yerli vaxtla saat 07:25-də qeydə alınan zəlzələnin ocağı 6 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda isə 3-4 bala qədər hiss olunub.скачать dle 10.6фильмы бесплатно
16-01-2022, 09:30
Baxıs: 22 755
Reyting: