Seninem.Az > Aktual / Manşet Yuxarı > Azərbaycan Müdafiə Nazirliyi Ermənistana növbəti dəfə xəbərdarlıq edib
Azərbaycan Müdafiə Nazirliyi Ermənistana növbəti dəfə xəbərdarlıq edibTarix: 9-12-2021, 11:14. Müəllif: admin |
Azərbaycan Müdafiə Nazirliyi dövlət sərhədində təxribat törədən Ermənistana növbəti dəfə xəbərdarlıq edib. Leqal.info-nun xəbərinə görə, nazirlikdən bildirilib ki, baş verən növbəti gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. "Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub", - nazirlikdən qeyd olunub. Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələri növbəti təxribat törətdib. Təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub. Geri Qayıt |