Azərbaycan və Gürcüstanın Baş nazirləri arasında telefon danışığı olub
Fevralın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.
Bu barədə Leqal.info-ya Nazirlər Kabinetindən məlumat verilib. Telefon danışığı zamanı Gürcüstanda baş vermiş zəlzələ ilə bağlı narahatçılıq və həmrəylik ifadə edilib. Eyni zamanda Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. |
XƏBƏR LENTİ
Bu gün, 11:38
Bu gün, 11:27
Bu gün, 10:45
Bu gün, 10:40
Bu gün, 10:40
Bu gün, 10:40
Bu gün, 10:40