Bakıda səfirin avtomobili qəzaya uğradı

Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas avtomobil qəzasına düşüb.

"Leqal.info"nun əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonunun N.Nərimanov prospektində qeydə alınıb.

Məlumata görə, Elnur İsayevin idarə etdiyi avtomobillə səfirin sürdüyü nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.
Bakıda səfirin avtomobili qəzaya uğradıскачать dle 10.6фильмы бесплатно
5-02-2022, 13:40
Baxıs: 29 868
Reyting: