Rusiya Azərbaycanla Ermənistanı sərhədin delimitasiyasına başlamağa çağırıb

"Rusiya Azərbaycan – Ermənistan sərhədinin delimitasiyasına tezliklə başlamağı vacib hesab edir".

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Son hadisələr Azərbaycan – Ermənistan sərhədinin delimitasiyası, daha sonra da demarkasiyası ilə bağlı işlərə ən tez zamanda başlamağın, aidiyyəti komissiyanın işə başlamasının vacibliyini göstərir” – deyə o bildirib.

“Rusiya vəziyyəti dinc məcraya yönəltmək üçün həm Azərbaycan, həm də Errmənistanla təmasdadır” – deyə Kreml rəsmisi vurğulayıb.скачать dle 10.6фильмы бесплатно
17-11-2021, 20:00
Baxıs: 46 991
Reyting: