Hərəkat Zəfər gününü təbrik etdi

Artıq bir neçə əsrdir ki, tarixi Azərbaycan torpaqlarına yerləşdirilən ermənilər bu müddət ərzində daim xalqımıza qarşı soyqırımlar, cinayətlər törətmiş, ağlasığmaz vəhşiliklər həyata keçirmişlər. Əzəli Azərbaycan torpaqlarında Ermənistan adlı "oyuncaq dövlət" quran ermənilər, qədim türk şəhəri olan İrəvanı özlərinə paytaxt etdikdən sonra belə yenə də bizim ərazilərimizi ələ keçirmək iddiasından vaz keçmədilər.

Leqal.info xəbər verir ki, "Xalqlar həbsxanası" olan SSRİ dağıldıqdan sonra özünü onun varisi elan etmiş Rusiyanın hərbi-siyasi dəstəyilə Qarabağda separatçılığa başlayan ermənilər beynəlxalq erməni terror təşkilatlarının və Ermənistan ordusunun bilavasitə iştirakıyla Azərbaycan torpaqlarını işğal etdilər. Otuz ilə yaxın davam edən işğalla bağlı BMT-nin, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının və s. beynəlxalq qurumların qəbul etdiyi qətnamələri yerinə yetirməkdən boyun qaçıran Ermənistan Respublikası beynəlxalq ictimaiyyətin tərəqqipərvər kəsiminin tələblərinə də əhəmiyyət vermədi.

Nəhayət, qəhrəman Azərbaycan ordusu 30 ilə yaxın davam edən işğala, cinaytə, ədalətsizliyə son qoydu. Azərbaycan xalqı Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında BMT-nin 4 qətnaməsini özü icra etmək məcburiyyətində qaldı. 27 sentyabr 2020-ci ildə Qarabağın azadlığı uğrunda başlayan zəfər yürüşü 8 noyabrda Şuşanın azad olunması ilə başa çatdı. II Qarabağ müharibəsini qələbə ilə başa çatdıran Şuşa zəfəri ermənilərin məğlubedilməzliyi mifini, erməniçilik ideologiyasını darmadağın etdi. 8 noyabrda qazanılan Zəfər xalqımızın tarixinə əbədi yazıldı.

Azərbaycan Vətəndaş Hərəkatı olaraq Xalqımızı, Ordumuzu və Müzəffər Prezident İlham Əliyevi bu möhtəşəm zəfər münasibətilə təbrik edir, vətən uğrunda şəhid olmuş qəhrəmənlarımıza Allahdan rəhmət, Qazilərimizə can sağlığı diləyir, xalqımıza bir daha işğal, faciə və fəlakətli günləri yaşamamağı arzulayırıq. Vətəndaş Hərəkatı olaraq həmişə olduğu kimi bundan sonra da dövlətimizin möhkəmlənməsi, dövlətçiliyimizin güclənməsi, vətənpərvərliyin təbliği, tarixi yaddaşımızın daha da güclənməsi, milli kimliyimizin tanıdılması, milli-mənəvi dəyərlərinimizin qorunması, torpaqlarımızın bütövlüyü istiqamətində olan fəaliyyətimizi davam etdirəcəyik.

Yaşasın Azərbaycan Xalqı, onun şanlı Ordusu və Ali Baş komandanı! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!скачать dle 10.6фильмы бесплатно
9-11-2021, 20:30
Baxıs: 46 124
Reyting: