Azərbaycanda yaşayış minimumunun məbləği artırılır

Azərbaycanda 2022-ci il üçün yaşayış minimumunun məbləği artırılır.

Leqal.info-nun əldə etdiyi məlumata görə, bununla bağlı məsələ “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, 2022-ci ildə ölkə üzrə yaşayış minimunun məbləğinin 205 manat müəyyən edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdi.скачать dle 10.6фильмы бесплатно
27-10-2021, 14:24
Baxıs: 39 692
Reyting: