Sahibə Qafarova: “Müstəqillik Günü haqqında” layihənin məqsədi tarixi ədaləti bərpa etməkdir”

“Müstəqillik Günü haqqında” yeni qanun layihəsinin əsas məqsədi tarixi ədaləti bərpa etməkdir”.

Leqal.info xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Qeyd edək ki, layihəyə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilir.

Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.скачать dle 10.6фильмы бесплатно
11-10-2021, 15:00
Baxıs: 23 083
Reyting: