allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info “102-ci qəzet”in əməkdaşları pandemiya dövründə belə, polisi tək qoymadı » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

“102-ci qəzet”in əməkdaşları pandemiya dövründə belə, polisi tək qoymadı

“102-ci qəzet”in əməkdaşları pandemiya dövründə belə, polisi tək qoymadı
“102-ci qəzet”in əməkdaşları  pandemiya  dövründə belə, polisi tək qoymadı

Ulu Öndər Heydər Əliyev: “İndi Azərbaycan polisi, Azərbaycan övladlarının polisidir, milli polisdir. Bununla fəxr etmək lazımdır. Bu güc ilə, qüvvə ilə biz Azərbaycanı gündən-günə inkişaf etdirəcəyik”.
Prezident İlham Əliyev isə polisin əməyini belə qiymətləndirir: “Cinayətkarlığa qarşı mübarizədə polis işçiləri ön cəbhədədir. Bu gün Azərbaycanın uğurlu inkişafında polis orqanlarının çox böyük xidmətləri var. Mən polisin işini yüksək qiymətləndirirəm”.

Danılmaz faktdır ki, Azərbaycan polisi ən çətin anlarda sədaqət nümayiş etdirib.
Asayişin təmin edilməsində, xüsusilə pandemiya dövründə polis–vətəndaş münasibətləri cəmiyyətdə polisə qarşı olan münasibəti tamamilə diyişdi. Sözsüz ki, bunlar hesabatlılıq, şəffaflıq və vətəndaş məmnunluğudur. Faktiki olaraq ölkə vətəndaşları polisin fəaliyyətindən indi həmişəkindən daha çox razıdır və polis-vətəndaş həmrəyliyi mövcuddur.

Pandemiya dövründə karantinə nəzarət edən fədakar polislər

Məlumdur ki, xüsusi karantin rejiminin icrasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunmuşdur. Pandemiya dövründə polisin fədakar fəaliyyəti bir daha onu göstərdi ki, bu sahəyə Vilayət Eyvazov kimi gənc, enerjili və qətiyyətli, həmçinin peşəkar bir insanın təyin olunması Azərbaycan xalqına olan etimadın təntənəsini bir daha sübut etdi. Heç şebhəsiz ki, polislərimiz indi əvvəllər icra etmədiyi vəzifələri də həyata keçirir. Müşahidələr və təhlillər göstərir ki, polis pandemiya dövründə xüsusi karantin rejiminə uyğun olaraq tapşırılan vəzifələrin icrasına çox qısa vaxtda uyğunlaşa bilib. Bu isə illərlə məqsədyönlü şəkildə aparılan genişmiqyaslı institusional islahatların nəticəsində mümkün olub. Əgər elə olmasaydı ”Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə ölkəmiz 150 dövlət arasında 50-ci sırada qərarlaşa bilməzdi.
Bəzi hallarda həkimlərin təkidinə baxmayaraq xəstəxanaya getməkdən imtina edən koronavirus daşıyıcısının otağına polis əməkdaşlarının daxil olmasını gözlərinizin önünə gətirin. Hansı hissləri keçirərdiniz? Bəli, bunu bizim polislər edir. Bunu edən bizim Milli, Azərbaycan polisidir.
Azərbaycan polisi dövlətini, dövlətçiliyini, xalqını qoruyur. Yeri gələndə bu müqəddəs amallar uğrunda şəhidlik zirvəsinə yüksəlmək şücaətindədir. Ekstremal anlarda polislərimiz yeri gələndə xəstəliyə yoluxmaq təhlükəsi ilə üz-üzə qalsa belə, bunun digərlərinə yoluxmasının qarşısını almaq, hətta, ölüm təhlükəsi ilə üzləşən insanları xilas etmək üçün həyatını düşünmədən riskə atan qəhrəmanlar qədər qüdrətlidir.
“102-ci qəzet” olaraq Pandemiya dövründə xüsusi karantin rejiminə uyğun olaraq Azərbaycanın bir çox regionlarında və Bakı şəhərində jurnalist araşdırması apardıq. Polis nəzarət məntəqlərində xüsusi karantin rejiminə uyğun olaraq insanlara qnunamüvafiq formada xidmət edən Azərbaycan polisi ciddi yoxlanışla pandemiyanın yayılmasının qarşısısnın alınmasına uyğun olaraq aperativ qərargahın göstəriş və tövsiyələrini vətəndaşlara izah edib, qanunu pozuntularına qarşı ciddi tədbirlər görməklə xidməti vəzifələrini uğurla aparırdılar.
Buna misal olaraq, Binəqədi PPX-nin əməkdaşlarını, Ekologiya postunu, Zaqatala polisini, Səbayel rayon 4 saylı çevik polis alayının fədakar əməkdaşlarının fəaliyyətini göstərə bilərik.
“102-ci qəzet”in əməkdaşları  pandemiya  dövründə belə, polisi tək qoymadı
“102-ci qəzet”in əməkdaşları  pandemiya  dövründə belə, polisi tək qoymadı
“102-ci qəzet”in əməkdaşları  pandemiya  dövründə belə, polisi tək qoymadı



Pandemiya dövründə xüsusi karantin rjiminə uyğun olaraq bu çətin günlərdə biz Azərbaycan polisinin daha bir üstün cəhətini görürük - humanistliyini, canıyananlığını, əcdadlarının qoyduğu ənənələrə sədaqətliliyini. İndi Azərbaycan polisi hər yerdədir. Sözsüz ki, bu gün hər bir Azərbaycan vətəndaşı polisin fəaliyyətini daha çox izləmək və təhlil etmək imkanına malikdir.
Bu bir reallıqdır ki, hər hansı təhlükə anında vətəndaşın gözü yalnız polisi axtarır. İnsanlar əmindir ki, polis onun təhlükəsizliyi üçün özünü hər an təhlükəyə atmağa qadirdir. Bütün bunlara görə Azərbaycan polisi, təbii ki, qürurludur. Bu qürur onu daha məsuliyyətlə, daha şərəflə xidmət etməyə ruhlandırır. Biz öz polisimizi yaxından tanımalı və dəyərləndirməliyik. Bu gün polisimiz dövlətə, xalqa, Ali Baş Komandanına sədaqətlə xidmətdə daima nümunəvi xidmət sərgiləyir. Azərbaycan polisi bu nailiyyətləri ona görə əldə edə bilmişdir ki, o, Ulu Öndər məktəbi keçmişdir. Bu məktəbi keçərkən mətinləşən Daxili İşlər Nazirliyi və onun strukturları, Ümummilli Liderin də dediyi kimi, dövlətçiliyin sütunlarından birinə çevrilmişdir.

TURAL KƏLBƏCƏRLİ,
“102-ci qəzet”in baş redaktoru
“102-ci qəzet”in əməkdaşları  pandemiya  dövründə belə, polisi tək qoymadı
“102-ci qəzet”in əməkdaşları  pandemiya  dövründə belə, polisi tək qoymadı
“102-ci qəzet”in əməkdaşları  pandemiya  dövründə belə, polisi tək qoymadı
“102-ci qəzet”in əməkdaşları  pandemiya  dövründə belə, polisi tək qoymadı
“102-ci qəzet”in əməkdaşları  pandemiya  dövründə belə, polisi tək qoymadı
“102-ci qəzet”in əməkdaşları  pandemiya  dövründə belə, polisi tək qoymadı
22:24
Baxıs: 16560
Reyting: