Seninem.Az > Aktual / Manşet Yuxarı > Bələdiyyə torpaqlarından sui-istifadə hallarının məhdudlaşdırılması ilə bağlı hökumətə tapşırıqlar verilib

Bələdiyyə torpaqlarından sui-istifadə hallarının məhdudlaşdırılması ilə bağlı hökumətə tapşırıqlar verilib


Tarix: 4-04-2022, 19:45. Müəllif: admin
Dövlət və bələdiyyə torpaq sahələrinin icarəyə və mülkiyyətə verilməsi, icarə müddətlərinin uzadılması, kateqoriyasının dəyişdirilməsi proseslərinin elektronlaşdırılması, bu sahədə sui-istifadə imkanlarının məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanacaq.

Leqal.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənədə əsasən, sözügedən müddəanın icrası Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ədliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanlarına tapşırılır.

Qeyd edilən müddəanın icra müddət 2022-2023-cü illərdir.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt