Seninem.Az > Kriminal / Manşet Yuxarı > Azərbaycan idmançısının Kiyevdə məşq etdiyi baza bombalanıb

Azərbaycan idmançısının Kiyevdə məşq etdiyi baza bombalanıb


Tarix: 4-03-2022, 15:00. Müəllif: admin
Azərbaycan millisinin çəkicatma növündə çıxış edən atleti Anna Skidanın Ukraynanın paytaxtı Kiyevdə məşq etdiyi baza bombalanıb.

Bu barədə Leqal.info-ya Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Məhərrəm Sultanzadə məlumat verib.

Federasiya rəsmisi məşq mərkəzinin yaxınlıqdakı hərbi aeroportla birlikdə dağıdıldığını söyləyib: "Hazırda orada bütün məşqlər dayandırılıb. Anna Skidan və məşqçisi ilə hər gün əlaqə saxlayırıq. Bizə paytaxtda vəziyyətin yaxşı olmadığını bildirdilər. Skidan Kiyevdə evindədir və durumu normaldır".

Qeyd edək ki, Anna Skidan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub. 30 yaşlı idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni təsnifat mərhələsində dayandırıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt