Seninem.Az > Aktual / Manşet Yuxarı > Azərbaycanla Pakistan arasında birbaşa uçuşlara başlanılır

Azərbaycanla Pakistan arasında birbaşa uçuşlara başlanılır


Tarix: 18-02-2022, 15:30. Müəllif: admin
Gələn ay "Pakistan Beynəlxalq Hava Yolları" (PİA) şirkəti ölkənin iki şəhərindən Azərbaycana uçuşlara başlayacaq.

Leqal.info bu barədə Pakistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Pakistanın milli aviadaşıyıcısı martın 16-dan başlayaraq hər həftənin çərşənbə günləri Kəraçinin Cinnah Beynəlxalq Hava Limanından, martın 19-dan başlayaraq isə hər həftənin şənbə günləri Lahorun Əllamə İqbal Beynəlxalq Hava Limanından Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna reyslər təşkil edəcək.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt