Seninem.Az > Aktual / Manşet Yuxarı > "Yeni Klinika”nın direktorunun məhkəməsi başlayıb, üç nəfər məhkəmə zalında həbs olunub

"Yeni Klinika”nın direktorunun məhkəməsi başlayıb, üç nəfər məhkəmə zalında həbs olunub


Tarix: 28-07-2021, 17:00. Müəllif: admin
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Yeni Klinika” publik hüquqi şəxsin direktoru Pərviz Abbasov, digər təqsirləndirilən şəxslər Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Leqal.info xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxslər Q.Nəcəfov, Ə.Hüseynov və S.Mirzəyevin barələrində olan polis nəzarətində qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəzlənib. Həmin şəxslər məhkəmə zalında həbs edilib.

Məhkəmənin baxış iclası avqustun 10-na təyin edilib.

Qeyd edək ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Pərviz Abbasovun həmin vəzifədə işləyərkən Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin köməkliyi ilə COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Pərviz Abbasov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə yekun ittiham elan edilib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt