Seninem.Az > Aktual / Manşet Yuxarı > Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib

Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib


Tarix: 28-07-2021, 14:01. Müəllif: admin
Ermənistanın hərbi-siyasi rəhbərliyini iki ölkənin dövlət sərhədində hərbi avantüra məqsədi daşıyan təxribatlar və vəziyyəti qəsdən gərginləşdirmək əməllərindən çəkinməyə və sivil qaydada dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırırıq.

Bu barədə Leqal.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

"Bir daha bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azərbaycan Respublikasının sərhədlərinin toxunulmazlığını təmin etmək üçün Ermənistanın bütün təxribatlarının qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır", - Müdafiə Nazirliyindən bildirilib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt