Seninem.Az > Kriminal / Manşet Yuxarı > Bakıda 22 yaşlı gənc Şüvəlan çimərliyində batıb
Bakıda 22 yaşlı gənc Şüvəlan çimərliyində batıbTarix: 28-06-2021, 21:30. Müəllif: admin |
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazi) batan 1999-cu il təvəllüdlü Xəlilov Rəşad Habil oğlunun axtarışları başa çatıb. Bu barədə Leqal.info Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. R.Xəlilovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. 19:30 Şüvəlan çimərliyində boğulma hadisəsi olub. Bu barədə Leqal.info Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində, dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib. Əlavə məlumat veriləcək. Geri Qayıt |