Seninem.Az > Aktual / Manşet Yuxarı > Daxili işlər orqanlarında yeni təyinat olub
Daxili işlər orqanlarında yeni təyinat olubTarix: 28-06-2021, 11:30. Müəllif: admin |
Daxili İşlər Nazirliyində kadr təyinatı olub. "Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Rəhimzadə İlqar Şirinbəy oğlu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə tabe olan Lənkəran regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin axtarış üzrə inspektoru vəzifəsinə təyin olunub. İlqar Rəhimzadə bundan əvvəl Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsində işləyib. Geri Qayıt |