Seninem.Az > Aktual / Manşet Yuxarı > ÜST Azərbaycanda vaksinasiya prosesini yüksək qiymətləndirir

ÜST Azərbaycanda vaksinasiya prosesini yüksək qiymətləndirir


Tarix: 10-06-2021, 14:22. Müəllif: admin
“Azərbaycanda koronavirusa yeni yoluxma hallarının və bu xəstəliklə bağlı ölümlərin sayında azalmanın müşahidə olunması çox sevindiricidir”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisindən bildirilib.

“Eyni zamanda ölkə əhalisinin vaksinasiya prosesində iştirakı sevindiricidir”, - ÜST-ün regional bürosundan vurğulanıb.

Bildirilib ki, Azərbaycan əhalisinin 20 faizi artıq vaksinasiya edilib: “Bu, böyük bir müvəffəqiyyətdir və şübhəsiz ki, ölkənin COVID-19-la mübarizəsinə müsbət təsir göstərəcək”.

Qeyd olunub ki, pandemiyanın hələ də bitmədiyi nəzərə alınaraq sayıqlıq itirilməməlidir: "Yaxın gələcəkdə maska taxmağa, fiziki məsafəni qorumağa, əllərimizi yumağa və izdihamlı yerlərdən uzaq durmağa davam etməliyik, çünki bu tədbirlərin virusun yayılması ilə mübarizədə effektiv olduğunu bilirik. Vaksinasiya sayıqlığı itirməyə əsas vermir və insanlar özlərini və başqalarını qorumağa davam etməli, ictimai səhiyyə və sosial tədbirlərə bundan sonra da riayət etməlidirlər. Eyni zamanda ictimai səhiyyə və sosial məhdudiyyətləri yumşaldarkən diqqətli olmaq, ən çox risk altında olanlara və hələ də vaksinasiya olunmayanlara xüsusi diqqət yetirməliyik”.

скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt