allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Zakir Qaralov indi HARALARDADIR?! » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Zakir Qaralov indi HARALARDADIR?!

Zakir Qaralov indi HARALARDADIR?!

“…haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan və çoxdandır üzdə görünməyən ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir.

ARAZXEBER.az xəbər verir ki, modern.az saytı bu dəfə sabiq baş prokuror Zakir Qaralovun harada olduğunu öyrənməyə çalışıb.

Paş prokuroru gündəmə gətirilməsi təsadüf deyil. Çünki 13 yanvar tarixi Zakir Qaralovun doğum günüdür. Bu gün onun 66 yaşı tamam olur.

Zakir Bəkir oğlu 1956-cı il yanvarın 13-də Gürcüstan Respublikasının Dmanisi rayonunun Ormeşən kəndində anadan olub. 1979-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul edilib. 1981-ci ilədək Bakı şəhəri Səbail rayon prokurorunun köməkçisi, 1981-2000-ci illərdə Baş Prokurorluğun Ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun Milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, Ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru, Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləyib.

25 aprel 2000-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilib.

Ona I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Ölkə başçısının 29 sentyabr 2006-cı il tarixli sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib. 29 sentyabr 2008-ci il tarixli sərəncamla isə “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adı alıb.
13 yanvar 2016-cı ildə Zakir Qaralova “Şöhrət” ordeni verilib.

Ailəlidir, iki övladı var.

2020-ci il mayın 1-də Zakir Qaralovun Respublika Prokurorluğunda nə az, nə çox – düz 20 il sürən rəhbərliyinə son qoyuldu.

Onun işdən çıxarılması ilə qanunların icra və tətbiq olunmasına nəzarət edən ən mühüm dövlət qurumunda rəhbərlik dəyişdi.

Yəqin ki, Zakir Qaralovun özünə qalsaydı, 20 il eyni vəzifədə olmağına rəğmən istefa verməz və daha 5 il müddətinə də qalıb işləyərdi.

Zakir Qaralovun 20 il eyni vəzifədə qalmasına ictimaiyyət birmənalı münasibət bəsləmirdi və o, təqaüdə yola salınanda bunu gecikmiş addım hesab edənlər az olmadı.

Zakir Qaralovun dönəmində bir sıra hay-küylü hadisələr baş verib və onun həmin olaylara reaksiyası eks-baş prokurora münasibət formalaşdırıb. Onun personası ətrafında tez-tez mübahisəli fikirlər dolaşıb.

Zakir Qaralovun təqaüdçü hüquqşünas kimi hazırda Bakıda olduğu və özünə məxsus biznes strukturlarının idarəetməsilə məşğul olduğu bildirilir. Həmin sahələrin dərman biznesindən tutmuş, mebel və bir sıra xarici məhsulların idxalına qədər gedib çıxdığı barədə məlumatlar yayılıb.

Eks-baş prokurorla bağlı yayılan digər məlumatda isə onun Gürcüstana səfir getmək istəyilə bağlıdır.

Qeyd edək ki, əvvəllər Azərbaycanda belə təcrübədən istifadə olunurdu: yüksək vəzifələrdən azad edilən sabiqlər xarici ölkələrə səfir getməyə çalışır və bir sıra hallarda buna nail də olurdular…

Amma son illərin təcrübəsi belə deməyə əsas verir ki, həmin ənənəyə son qoyulub. Sabiqlər daha səfir göndərilmirlər.
12:16
Baxıs: 31680
Reyting: