Bakı-Quba yolundakı qəzalara cavabdeh kimdi,

Bu günlərdə baş verən yol nəqliyyat hadisəsi hər kəsi düşünməyə vadar etdi: Günah kimdədir?

Leqal.info xəbər verir ki, Söhbət yasa gedən bir ailənin 3 üzvünün düşdüyü qəzada həlak olmalarından gedir. Hər birimiz qəza görüntüsünü dəflərlə izədik. Nəqliyyat vasitəsinin yoldan necə çıxdığını gözlərimizlə gördük. Çox dəhşətli qəzanın hansı səbəbdən baş verməsini hər dövlət qurumu sürücünün boynuna atdı. Nədi-nədi sürücünün yaxınları rayonda dəm qazından boğularaq öldükləri üçün, yola tələsik çıxıb və sürəti artıq olub. Amma heç kim dilinə gətirmir ki, Bakı-Quba yolunda olan çala-çuxurlara görə sürücü avtomobilini qaçırmaq istəyib, bu zaman avtomobil sürüşərək yol kənarına dəyib. Uzun illərdi bu magistral yol qəzalı şəraitdədir. Buna görə də dəfələrlə bu yolda qəzalar baş verib və ölənlər olub. Amma bir nəfər belə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovdan soruşmayıb ki, bu insanların ölməsinə səbəb olan yol nə vaxt normal vəziyyətə düşəcək. 5 ildir eyni vəzifəni daşıyan Saleh Məmmədov Bakı-Quba yolunun taleyini Allahın ümidinə buraxıb. Elə olmasaydı, sonuncu qəza da baş verməzdi və 3 vətəndaşımızı bu qəzada itirməzdik. Amma təəssüf ki, bu hal yaşandı. Amma buna son qoymaq lazımdı, Saleh Məmmədov.скачать dle 10.6фильмы бесплатно
28-02-2022, 16:00
Baxıs: 29 439
Reyting: