Azərbaycanda daha 547 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb

Azərbaycanda ötən sutkada koronavirus (COVID-19) infeksiyasına 547 yeni yoluxma faktı qeydə alınıb, 631 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 620 049 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 604 537 nəfər müalicə olunaraq sağalıb, 8 431 nəfər vəfat edib. 7 081 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 139, bu günə qədər isə ümumilikdə 5 922 366 test icra olunub.скачать dle 10.6фильмы бесплатно
7-01-2022, 19:07
Baxıs: 36 256
Reyting: