Kamran Əliyev: "Ermənilər qanunsuz olaraq 100 milyon dollardan artıq vəsait toplayıb"

"Ölkəmiz ianə toplanması fəaliyyətinin cinayətkarlıq məqsədləri ilə istifadə olunması faktı ilə də üzləşib".

Leqal.info-nun xəbərinə görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Misirin Şarm-əl-Şeyx şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin Assembleyasının 9-cu Sessiyasında çıxışında deyib.

O bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə erməni mənşəli fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycanın suveren ərazilərində terrorçu fəaliyyətin həyata keçirilməsi məqsədilə 100 milyon ABŞ dollardan artıq qanunsuz vəsait toplanıb: "Bununla bağlı Baş Prokurorluq tərəfindən araşdırmalar aparılaraq müvafiq sübutlar əldə edilib".скачать dle 10.6фильмы бесплатно
14-12-2021, 20:41
Baxıs: 44 787
Reyting: