Azərbaycanda əfv və amnistiya ilə azadlığa buraxılan şəxslərin sayı açıqlanıb

"Bu günə qədər Azərbaycanda 67 əfvetmə haqqında sərəncam imzalanıb ki, bu da 8774 nəfərə şamil edilib. Ölkə başçısı Prezident İlham Əliyev tərəfindən 35 əfv sərəncamı imzalanıb ki, bu da 5 672 nəfərə şamil olunub".

Leqal.info xəbər verir ki, bu fikirləri Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən Amnistiya Aktları nəticəsində minlərlə ailəyə sevinc bəxş edilib: "Bu günə qədər həyata keçirilən 11 Amnistiya Aktı 11 7770 şəxsə şamil edilib. Prezident İlham Əliyevin hakimiyyəti dövründə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 4 Amnistiya Aktı 40 412 nəfərə şamil olunub. Zəfər Günü münasibətilə elan olunan amnistiya dövlətin hümanist siyasətinin təzahürüdür".скачать dle 10.6фильмы бесплатно
11-11-2021, 13:51
Baxıs: 42 330
Reyting: