Azərbaycana gətirilən hibrid avtomobilləri ƏDV-dən azad edilir

Azərbaycana gətirilən hibrid avtomobilləri Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilir.

Leqal.info-nun əldə etdiyi məlumata görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişikliklərə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.

Qeyd edək ki, Azərbaycanda ƏDV-nin dərəcəsi 18 % təşkil edir.скачать dle 10.6фильмы бесплатно
3-11-2021, 13:49
Baxıs: 36 304
Reyting: