Ərdoğan: “Azərbaycan müdafiə hüququndan istifadə edərək işğala son qoyub”

“Qafqazda sabitlik baxımından yaxın keçmişdə önəmli addımlar atılıb”.

Leqal.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-də çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan müdafiə hüququndan istifadə edərək işğala son qoyub.

“Azərbaycan qanuni müdafiə hüququndan istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoyub. Qafqazda davamlı sülhün adına yeni fürsətlər üçün pəncərələr açılıb. Tərəflərin atacağı bütün müsbət addımları dəstəkləməkdə qərarlıyıq”.скачать dle 10.6фильмы бесплатно
21-09-2021, 23:16
Baxıs: 34 864
Reyting: