ÜST koronavirusun yeni “mü” ştamının yayılmasını şərh edib

"Koronavirusun yeni “mü” ştamının orqanizmin immun reaksiyasına potensial təsirini öyrənmək lazımdır".

Bunu Leqal.info-ya Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazarkeviç bildirib.

“Ştam mutasiyalara malik olduğundan maraq doğuran variant kimi müəyyən edilib. Bu mutasiyaların insan orqanizminin immun reaksiyasına potensial təsirini öyrənmək lazımdır. Virusların təkamülü ilə bağlı ÜST-ün İşçi qrupuna təqdim edilmiş məlumatlar göstərir ki, xəstəlik və ya vaksinləmə nəticəsində formalaşmış immunitet bu ştama qarşı o qədər də təsirli olmaya bilər. Bu məlumatı təsdiq etmək üçün əlavə araşdırmalar aparılmalıdır",- o bildirib.

Onun sözlərinə görə, koronavirusun yeni “mü” ştamı ilk dəfə 2021-ci ilin yanvar ayında Kolumbiyada aşkar edilib. GISAID-in (Qrip barədə məlumatların mübadiləsi üzrə Qlobal təşəbbüs qrupu) avqustun 29-na olan məlumatına görə, indiyədək “mü” ştamına dünyanın 39 ölkəsində 4 500-dən çox yoluxma halı qeydə alınıb.

“Dünyada “mü” ştamının yayılması halları azalmaqdadır. Hazırda yoluxmaların yalnız 0,1 %-i bu varianta aiddir. Son həftələrdə Kolumbiya və Ekvadorda yeni ştama yoluxma halları artıb. ÜST bu variantın təsirini araşdırmaqla yanaşı, onun epidemioloji təkümülünü də diqqətlə izləyir”, - təşkilatın nümayəndəsi fikrini tamamlayıb.скачать dle 10.6фильмы бесплатно
2-09-2021, 17:16
Baxıs: 32 858
Reyting: