Azərbaycan əsgəri hospitalın psixiatriya bölməsini özbaşına tərk edib

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Bu barədə Leqal.info-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

"Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib", - məlumatda bildirilib.скачать dle 10.6фильмы бесплатно
26-08-2021, 12:00
Baxıs: 26 789
Reyting: