Əfqanıstanda Ukrayna təyyarəsi qaçırılıb

Əfqanıstanda Ukrayna təyyarəsi naməlum qrup tərəfindən qaçırılıb.

Leqal.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN-dən bildirilib.

Məlumata görə, Ukrayna vətəndaşlarının təxliyəsi üçün Əfqanıstanda olan təyyarə naməlum şəxslər tərəfindən qaçırılıb.

“Təyyarə naməlum sərnişinlərlə İran istiqamətində uçub”, - məlumatda qeyd edilib.

Keçən həftə baş vermiş hadisənin necə sonlanması barədə məlumat verilməyib.скачать dle 10.6фильмы бесплатно
24-08-2021, 11:20
Baxıs: 21 776
Reyting: