allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Zakir Həsənovun “vurduğu” general kimdir? » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Zakir Həsənovun “vurduğu” general kimdir?

Zakir Həsənovun “vurduğu” general kimdir?

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Fuad Məmmədov tutduğu vəzifədən azad edilib. Arazxeber.Az-a daxil olan məlumata görə, bu vəzifənin icrası general-leytenant Nizam Osmanova tapşırılıb. Məlumatda həmçinin iddia edilir ki, Fuad Məmmədovun fəaliyyətilə bağlı araşdırmalara başlanılıb. Bildirək ki, Fuad Məmmədov illər öncə zəif xarakterli və xidməti vəzifələrinin öhdəsindən gələ bilmədiyinə görə xəbərdarlıq almış, buna görə hətta iki dəfə rütbəsi də alınmışdır. Yeri gəlmişkən, cumhuriyyet.az-ın media üzərindən apardığı araşdırmalar zamanı əldə olunan məlumata görə, Müdafiə nazirinin müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Fuad Məmmədovun keçmişi və indiki fəaliyyəti ilə bağlı dəhşətli faktlar olduğu bildirilir və deyilir ki, “onun Hərbi Hava Qüvvələrində çalışdığı müddətdə əldə etdiyi «uğurlar»ın nələrin sayəsində başa gəldiyini cəmiyyətə açıqlasaq, gərək bu şəxs ərizəsini yazaraq tərxis olunsun”. Bu məqamlarla bağlı dəqiqləşdirmələr etdikdən sonra məlumatları dərc edəcəyik. Amma müharibə şəraitində olan ölkənin Müdafiə Nazirliyinin strateji postunda oturan şəxsin özəl keyfiyyətləri ilə bağlı da yerli mediada ilginc iddialar var. Kifayət qədər ciddi ittihamlar olduğundan bu iddiaları tam açıqlamadan cumhuriyyet.az olaraq müəyyən nüəanslara toxunuruq:
– Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi ev 50, mənzil 47 ünvanında qeydiyyatda olmaqla yaşayan xanım niyə polisə verilib?;
– Badamdarda 100 minlik dəyəri olan torpaq sahəsi hansı pulla və necə alınıb?;
– 03 noyabr 2015-ci il tarixində ərimlə mənim aramda olan əmlak tələbinə dair mülki işin məhkəmə baxışından çıxdığım zaman Bakı şəhəri Yasamal rayon Məhkəməsinin inzibati binasının qarşısındakı qalmaqalın səbəbi nədir?;
– Gəncədə “xidmət edib” Bakıda dolaşan Vaqiv adlı “papanın gül balası” kimdir?;
– Gürcüstandakı təyyarə zavodu və onun Şaloviç adlı direktoru necə “mülayimləşib”?

Mövzunu diqqətdə saxlayacağıq.
09:37
Baxıs: 40800
Reyting: