allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Şuşalı qızın çıxışı Milli Məclisdəkiləri kədərə bürüdü » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Şuşalı qızın çıxışı Milli Məclisdəkiləri kədərə bürüdü

Şuşalı qızın çıxışı Milli Məclisdəkiləri kədərə bürüdü Hörmətli Sahibə xanım, hörmətli bizim millət vəkillərimiz.
 Mən Şuşadanam. Atam da, anam da, babam da, ulu babam da Şuşadandır. Babalarımın əcdadları da Şuşadandır. Amma təəssüf ki, mən Şuşada doğulmamışam. Nəinki, doğulmamışam, heç Şuşanı görməmişəm də. Sizcə, bu necə hissdir? Mən Şuşamız barədə yalnız ata-anamın və nənə-babalarımın danışdıqları qədər bilirəm. Bu isə o deməkdir ki, mən də atam və ulu babalarım qədər Şuşalıyam. Bilirəm ki, məni çox gözəl anlayırsınız. Məni  hiss etməyinizi istəyirəm. Mənim səsimi dünyaya çatdırın.
- Çatdırın ki, mənim çəkdiyim ağrı-acını, yaşadığım hissləri digər ölkələrdə yaxşı anlasınlar, yaxşı duysunlar.
- Qoy duysunlar ki, Şuşalı olub, Şuşanı görməmişəm.
- Şuşalıyam, fəqət anam mənə Şuşada layla oxumayıb
- Şuşalıyam, lakin Cıdır düzündə, gül-çiçək arasında ayaqyalın qaçmaq da mənə nəsib olmayıb.
- Şuşalıyam, Şuşanın qarlı, dumanlı dağlarını görməmişəm.
- Şuşalıyam, Şuşanın bulaqlarının suyunu içməmişəm
- Şuşalıyam, Xarı bülbülün çiçək açmasını görməmişəm.
- Şuşalıyam, Şuşada Qarabağ şikəstəsini eşitməmişəm,
- Hiss edirsiniz məni? Qoy Dünya da anlasın və hiss etsin ki, Şuşa mənim doğma torpağımdır. Qoy hamı anlasın və hiss etsin ki, Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır!  Torpaq isə müzakirə olunmur.
15:56
Baxıs: 7440
Reyting: