allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Azərbaycan dövləti insanlara bu çətin zamanlarda yalnız olmadıqlarını bir daha göstərdi » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Azərbaycan dövləti insanlara bu çətin zamanlarda yalnız olmadıqlarını bir daha göstərdi

Azərbaycan dövləti insanlara bu çətin zamanlarda yalnız olmadıqlarını bir daha göstərdi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Dövlət başçısının 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir həyata keçirilir.
Aprelin 17-də Prezident tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Bununla dövlət insanlara bir daha bu çətin zamanlarda yalnız olmadıqlarını bir daha göstərdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.
Onun sözlərinə görə, xalq bu çətin vəziyyətdə dövlətə inanır, ona etimad edir və bilir ki, insanların rifahı, həyatı, sağlamlığı barədə əsaslı, düzgün, planlı addımlar atılır.
Milli Məclisin deputatı deyib: "Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında, fəaliyyətində formalaşıb. Sözsüz ki, böhran vəziyyətində də bu dəyərlər daim dövlət başçısının diqqətindədir. Müvafiq dövlət qurumları tərəfindən xüsusi həssas təbəqələr, ahıllar, yardıma ehtiyacı olan əhaliyə uyğun dəstək proqramları, tədbirlər həyata keçirilir. Həmçinin Prezidentin çağırışları əsasında sahibkarlar, ictimai təşkilatlar, ayrı-ayrı şəxslər də dəstəkləri ilə birlik, həmrəylik nümayiş etdirirlər. Dövlət ilk gündən bütün prosesi çevik, əsaslandırılmış qərarlar vasitəsilə nəzarətə götürdü. Bu da ölkəmizin mövcud vəziyyətdən daha az itkilərlə çıxmasına şərait yaradacaq”.
Böhranın təsirlərinin minimallaşdırılmasından da söz açan Ş.Seyidzadə bildirib ki, dünyanı gözləyən böhran insanları, ölkələri daha pis vəziyyətlə qarşı-qarşıya gətirəcək. "Dövlətimiz görülən tədbirlərlə koronavirus pandemiyasının gətirəcəyi əsas böhrandan xalqı, iqtisadiyyatı, sosial həyatı müdafiə etmək, zərərləri azaltmaq üçün indidən investisiya edir, daha pis nəticələrin qarşısını qabaqcadan alır”, - deyə Milli Məclisin deputatı qeyd edib.
19:00
Baxıs: 2000
Reyting: