Şevçenko: "Ermənistan tərəfi qəsdən Azərbaycanı təxribata çəkir"

“Ermənistan-Azərbaycan sərhədindəki mövcud vəziyyət təkcə Azərbaycanın Ermənistan tərəfindən təxribata çəkilməsi deyil, həm də Azərbaycan, Rusiya və Türkiyə dövlət başçıları tərəfindən yaradılmış və Ermənistanın baş naziri tərəfindən təsdiq edilmiş platformanın pozulması deməkdir”.

Bunu “Report”un Rusiya bürosuna rusiyalı politoloq, jurnalist, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko bildirib.

Onun fikrincə, Ermənistanın daxilində olan və bilərəkdən bu təxribatları təşkil edən qüvvələr sülh razılaşmasının qarantı olan Rusiya Prezidenti Vladimir Putinin nüfuzuna və şəxsiyyətinə zərbə endirirlər:

“Ermənistana cavabdeh olan Rusiya Ermənistan tərəfinin xalqlar arasında sülhə aparan razılaşmalara riayət etməsinə nəzarət edə bilmir. Ermənistan cəmiyyətinin daxilində olan təxribatçılar bilərəkdən Vladimir Putinin nüfuzuna xələl yetirməyə çalışırlar”.

Politoloq qeyd edib ki, sülh prosesinin inkişafına aparan bütün bəyanatlar şübhəsiz ki, müsbət xarakter daşıyır və ölkələr arasında gələcək əməkdaşlıq üçün gərəklidir:

“Düşünürəm ki, Ermənistan cəmiyyətindəki ağıllı qüvvələr qalib gələcəklər. Oliqarxların öz oyunlarını oynaması və bu yolla pul qazanması üçün erməni xalqı müharibə adlı sallaqxanaya göndərildi. Milli maraqlar insanlar üzərində kommersiya və manipulyativ idarəetmə üsulundan üstün olmalıdır. Keçmişi unudub gələcək naminə çalışmaq lazımdır. Ermənistan qonşuları ilə sülh əldə edib düşmənçilikdən əməkdaşlığa keçərsə erməni xalqı sadəcə normal yaşamağa başlayacaq”.

Şevçenko həmçinin Azərbaycanı sülh prosesi üzərində işləməkdə davam etməyə çağırıb:

“Azərbaycan xalqı xeyirxah, igid və güclü xalqdır. O, Ermənistanla dinc münasibətlərin qurulmasına töhfə verməkdə davam etməlidir. Heç kim Ermənistanın daxilində sülhün olmasında Azərbaycan qədər maraqlı deyil”.

Xatırladaq ki, iyulun 15-i gecə radələrində müvəqqəti olaraq rus sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazisində olan qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ordusunun Şuşa şəhəri ətrafında yerləşən mövqelərini atıcı silahlardan atəşə tutublar.скачать dle 10.6фильмы бесплатно
15-07-2021, 16:00
Baxıs: 32 983
Reyting: