allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Nəsib Məhəməliyev: “Bu, müharibədir, düşmən koronavirusdur” » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Nəsib Məhəməliyev: “Bu, müharibədir, düşmən koronavirusdur”

Nəsib Məhəməliyev: “Bu, müharibədir, düşmən koronavirusdur” “Artıq qısa zaman kəsiyində virusa yoluxanların sayı yarım milyonu keçmiş, iyirmi üç mindən çox insan dünyasını dəyişmişdir. Son günlərin məlumatına görə İtaliya və İspaniya kimi inkişaf etmiş ölkələrdə sutkada orta hesabla 500- 600 adam ölür.Xanımlar və cənablar, bu müharibədir. Azərbaycanın indiyə qədər bir düşməni vardı. Erməni separatçılığı. İkinci düşmən, daha güclü düşmən isə koronovirusdur. Biz gec- tez erməniləri məğlub edərək torpaqlarımızı azad edəcəyik. Ancaq indiki halda daha güclü düşməni, koronovirusu məhv etməliyik. Nə qədər tez məhv edə bilsək,o qədər də az itkilərimiz olacaqdır. Həm iqtisadi, həm sosiail,həm də hərbi baxımdan. Bunun üçün xalqın birliyi lazımdır”.
Bizimyol.info xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib.
“Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə xalqa müraciət etdi, Milli Məclis müvafiq qanunvericilik aktlarına dəyişikliklər, hökumət karantin rejimi tətbiq etdi. Görülən tədbirlər əhali tərəfindən yüksək qiymətləndirildi. Ancaq təəssüflə demək lazımdır ki, hələ də kifayət qədər məsuliyyətsiz insanlar var ki, təhlükənin miqyasını dərk etmirlər. Şəhərin küçə və meydanlarında,dənizkənarı bulvarda gəzərək, heç nə olmamış kimi, son aylarda gecəli- gündüzlü ictimai sabitliyi qoruyan polis işçilərinin tapşırıqlarına belə etinasız yanaşırlar. Təəccüblü olsa da, bəzi yaşlı vətəndaşlarımız, yaşlı olmaqlarını gözə soxaraq heç nədən qorxmadıqlarını bildirirlər. Yüksək davranış mədəniyyəti göstərdiklərinə görə polis işçilərinə təşəkkür etməklə, hesab edirəm ki, belələrinə qarşı sərt tədbirlər görülməlidir. Çünki, xəstəliyin qarşısının alınmasının birinci şərti insanların bir biri ilə təmasını maksimum məhdudlaşdırmaqdır. İlkin mərhələdə ancaq xaricdən gələnlərdə virus aşkarlanırdısa, hal-hazırda daxildə yayılmağa başlamışdır. Bəzi ölkələrin acı təcrübəsindən “bəhrələnərək” imkan verməməliyik ki, situasiya nəzarətdən çıxsın. Burada isə, hər birimizin olduqca məsuliyyətli olmamız lazımdır. İnanıram ki, xalqımız müdrik xalqdır. Gələcəyimiz naminə bu mübarizədə dövlətimizə lazımi dəstək verəcək və biz digər ölkələrdən daha tez qalib gələcəyik”,- deyən deputat bu ağır günlərdə xalqın keşiyində dayanan həkimlərə də minnətdarlığını ifadə edib.
“Koronovirusla mübarizədə ön cəbhədə olan qəhrəman həkimlərimizə, tibb personalına dərin təşəkkürümü bildirirəm.
Allah Azərbaycanı qorusun”.
12:20
Baxıs: 2480
Reyting: