Havanın temperaturu aşağı düşəcək, yağış yağacaq, güclü külək əsəcək

Bir neçə gün davam edən isti hava şəraitindən sonra iyunun 28-dən 29-na keçən gecədən başlayaraq iyulun 1-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 10-15 m/s, arabir 18 m/s, iyunun 30-u və iyulun 1-də yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Leqal.info-ya verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-5° aşağı enəcək.

İyunun 29-u axşamdan iyulun 2-dək əsasən axşam və gecə saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-5° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.скачать dle 10.6фильмы бесплатно
28-06-2021, 12:30
Baxıs: 23 939
Reyting: