Daxili işlər orqanlarında yeni təyinat olub

Daxili İşlər Nazirliyində kadr təyinatı olub.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Rəhimzadə İlqar Şirinbəy oğlu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə tabe olan Lənkəran regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin axtarış üzrə inspektoru vəzifəsinə təyin olunub.

İlqar Rəhimzadə bundan əvvəl Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsində işləyib.скачать dle 10.6фильмы бесплатно
28-06-2021, 11:30
Baxıs: 23 870
Reyting: