allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Prezidentin köməkçisi: Dövlətin sosial öhdəliklərini tam yerinə yetirə bilməsi üçün yetərli qədər vəsait var » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Prezidentin köməkçisi: Dövlətin sosial öhdəliklərini tam yerinə yetirə bilməsi üçün yetərli qədər vəsait var

Prezidentin köməkçisi: Dövlətin sosial öhdəliklərini tam yerinə yetirə bilməsi üçün yetərli qədər vəsait var “Son günlər dünya bazarında neftin qiymətinin kəskin düşməsi Azərbaycan iqtisadiyyatına ciddi mənfi təsir göstərməyəcək”.
Bu fikirləri AzTV-yə açıqlamasında Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və İnnovativ İnkişaf Siyasəti Şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Şöbə müdiri bildirib ki, Azərbaycan hökuməti cənab Prezident İlham Əliyevin birbaşa tapşırıqları ilə uzun müddətdir ki iqtisadiyyatımızın neftən asılılığının azaldılması istiqamətində iş görürdü: “Bu gün neftin qiymətinin kəskin düşməsinin Azərbaycan iqtisadiyyatına böyük təsirinin olmaması məhz görülən işlərin nəticəsidir. Davamlı, düşünülmüş şəkildə aparılan strategiya nəticəsində Azərbaycan iqtisadiyyatının neftdən asılılığı 2014-2015-ci illərdəki kimi deyil. Biz ajiotaj yaşadıq, amma ən qısa müddətdə bu ajiotaj aradan qalxdı. Azərbaycanın ehtiyyatları kifayət qədərdir ki, istənilən böhrana davamlılıq nümayiş etdirə bilsin, fəsadların qarşısını tezliklə alsın. Fiskal dayanıqlılığımız yerindədir, maliyyə ehtiyyatlarımız 50 milyarddan, yəni ÜDM-un 106 faizindən çoxdur. Belə demək olar ki, hazırda dünyada belə bir ölkə yoxdur. Təbii ki, göstəricilər bizdə əminlik yaradır. Bütün hallarda təbii ki, böhrana qarşı müəyyən tədbirlər də görülməlidir. İlk öncə deyim ki, bu gün büdcəmizdə dövlətin sosial öhdəliklərini tam yerinə yetirə bilməsi üçün yetərli qədər vəsait var. Bu barədə heç bir şübhə olmamalıdır. İkinci məsələ odur ki, fiskal və manitar manevrə imkan yaradan ehtiyyatlarımız yetərlidir. Növbəti illərdə əlbəttə ki, qiymətin aşağı səviyyədə qalması Azərbaycan üçün çağırışdır və biz bunun üzərində düşünəcəyik, addımlarımızı müəyyənləşdirəcəyik”.
09:11
Baxıs: 1840
Reyting: